İsrail ordusu Qəzza zolağında Əl-Qəssam Briqadalarının Həmas hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfin evinə zərbələr endirib. Elchi.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Onun ən yaxın qohumlarının öldürüldüyü qeyd edilir. Komandirin özünün vəziyyəti barədə məlumat verilmir.
Xatırladaq ki, Oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endirib. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını elan edib. Ehtiyatda olan hərbçilərin geniş toplanışının olacağı da açıqlanıb.
Havar Şəfiyeva






