İsrail hərbçiləri oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanan beş girovun cəsədini tapıblar. Elchi.az xəbər verir ki, bu barədə “İDF”-nin mətbuat xidməti məlumat yayıb.
Cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib. Onların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd olunur ki, Həmas üzvlərinin istifadə etdiyi çoxsəviyyəli tunellər şəbəkəsi də aşkar edilib, bütün infrastruktur İsrail hərbçiləri tərəfindən məhv edilib.
Havar Şəfiyeva






