İsrail ordusu blokadada olan Qəzza zolağında quru qoşunları tərəfindən yeni “nöqtə əməliyyatı” həyata keçirildiyini bildirib.
Elchi.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada, Qəzzanın mərkəzi bölgəsində quru qüvvələrinin həyata keçirdiyi nöqtə əməliyyatına döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının (PUA) da dəstək verdiyi bildirilib.
Bildirilib ki, əməliyyat zamanı təyyarə və artilleriya bölmələri Qəzzanın hər yerində, xüsusən də Şucayyə bölgəsində HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid olduğu iddia edilən əraziləri vurub.
Quru qüvvələrinin məntəqə əməliyyatından sonra Qəzzadan İsrail ərazisinə qayıtdığı və hərbçilərin xəsarət almadığı qeyd edilib.
İsrail ordusu dünən Qəzzanın şimalında tanklarla dəqiq bir əməliyyat keçirdiyini açıqlamışdı.
Şayəstə Hüseynova






