İsrail ordusunun Qəzzanın qərbində yerləşən Nəsr Uşaq Xəstəxanasının girişini bombaladığı, hücumda ölən və yaralananların olduğu bildirilib.
Elchi.az xəbər verir ki, Fələstin mərkəzli Əl-Əqsa televiziyasında yayımlanan xəbərdə, girişi döyüş təyyarələri tərəfindən bombalanan Nəsr Uşaq Xəstəxanasında ölən və yaralananların olduğu bildirilib.
Qeyd edilib ki, döyüş təyyarələri əhalinin sıx məskunlaşdığı Es-Sabra rayonunun mərkəzindəki məscidi və Rəfah şəhərinin şərqində bir çox məhəllələri su ilə təmin edən su anbarını da bombalayıb.
Digər tərəfdən, şahidlər İsrail ordusunun Rəfahda dəniz sahilində balıqçı qayıqlarını hədəf aldığını və fələstinlilərə məxsus qayıqlarda yanğının baş verdiyini bildiriblər.
İsrail ordusu Qəzzada qalan insanların yeganə elektrik enerjisi mənbəyi olan günəş panellərini və Qəzzada Əl-Vəfa xəstəxanasının əsas elektrik generatorunu da hədəfə alıb və sıradan çıxarıb.
Şayəstə Hüseynova






