İsrail ordusu quru qoşunlarının Qəzza zolağının cənubundakı ən böyük yaşayış məntəqəsi olan Xan Yunisi mühasirəyə aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail ordusu daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi və ötən ayın əvvəlində “döyüş bölgəsi” elan etdiyi Xan Yunisə qarşı hücumlarını artırıb.
Xan Yunusu “döyüş bölgəsi” elan etdikdən sonra qurudan hücuma keçən İsrail ordusu son günlər bölgəni havadan, qurudan və dənizdən intensiv şəkildə bombalayır.
İsrail ordusundan verilən yazılı açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində genişmiqyaslı hücumlar təşkil etdiyi və Xan Yunisin quru qoşunları tərəfindən mühasirəyə alındığı bildirilib.
Şayəstə Hüseynova






