İsrail parlamenti özünün buraxılması və 17 mart 2015-ci il tarixdə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Musavat.com xəbər verir ki, məlumatı
“Reuters” yayıb. Seçkinin nəticələrinə əsasən, yeni hökumət formalaşdırılacaq və baş nazir təyin ediləcək.
“Reuters” yayıb. Seçkinin nəticələrinə əsasən, yeni hökumət formalaşdırılacaq və baş nazir təyin ediləcək.Qərara 93 deputat səs verib. Deputatlar nğvbədənkənar seçkilərədək fəaliyyətlərini davam etdirəcəklər.
Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu parlamentin buraxılması və növbədənkənar seçki təhlükəsi varədə bəyanat vermişdi. Bundan başqa, baş nazir maliyyə naziri Yair Lapid və ədliyyə naziri Tsipi Livninin istefasını elan etmişdi. Hər iki sabiq nazir baş nazirin təmsil olunduğu “Likud” partiyasına müxalif mərkəzçi partiyalara rəhbərlik edir.



