İsrail prezidenti İsaak Hersoq antisemit əhval-ruhiyyənin artmasından narahatlığını bildirib və xarici liderləri yəhudiləri qorumağa çağırıb. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz yəhudi icmalarını dəstəkləyirik. Biz dünya liderlərini və hər bir dövlətin rəhbərliyini yəhudiləri müdafiə və təhlükəsizliklə təmin etməyə çağırırıq”, – deyə prezident bildirib.
Bundan əvvəl Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser Almaniyada antisemitlərin Almaniya vətəndaşlığından məhrum ediləcəyini bildirib.
Havar Şəfiyeva






