İsrail ordusu blokada altındakı Qəzza zolağında HƏMAS-ın hədəflərinə yeni hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada Qəzza zolağında HƏMAS-a məxsus 3 nöqtənin və silah istehsal məntəqəsi kimi istifadə edilən tunelin bombalandığı bildirilib.
Bu hücumların HƏMAS-ın silahlarını zəiflətdiyi qeyd edilən bəyanatda baş verənlərə görə HƏMAS məsuliyyət daşıyır.
Bu arada İsrail Ordusunun sözçüsü Daniel Həcəri mətbuata bildirib ki, gecə saatlarında Qəzza zolağından ölkənin cənubuna 44 raket atılıb.
Bu raketlərdən 9-nun sərhədi keçə bilmədiyini, 12-nin dənizə doğru atıldığını bildirən Həcəri 8 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini, 14-nün açıq ərazilərə, birinin isə yaşayış məntəqəsinə düşdüyünü bildirib.
Həcəri İsrail ordusunun Qəzzada hədəflərə qarşı hücumlarında 50 ton sursat istifadə etdiyini bildirib.
Mühasirəyə alınan Qəzza zolağı gecə saatlarında İsrail ordusunun hücumlarına məruz qalıb. Bölgədəki fələstinli qruplar da hücumlara raketlərlə cavab verib və sərhədə yaxın İsrail yaşayış məntəqələrində sirenlər səsləndiriblər.
Nuranə




