İsrailin hərbi işlər kabineti Qəzza zolağında quru əməliyyatının dörd əsas məqsədini, o cümlədən Fələstinin radikal HƏMAS hərəkatının tamamilə məhv edilməsini qeyd edib. Elchi.az xəbər verir ki, bu barədə İsrailin KAN radiostansiyası məlumat yayıb.
“Digər məqsədlərə anklavdan terror təhlükəsinin aradan qaldırılması, girovların azad edilməsi üçün maksimum səylərin göstərilməsi, ölkə əhalisinin və sərhədlərinin qorunması daxildir”, – deyə radiostansiya qeyd edir.
Havar Şəfiyeva






