Elchi.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağının cənubunda məcburi köçkün fələstinlilərin sığındıqları Birləşmiş Millətlər Təşkilatının məktəbinə zərbələr endirib. Hücum zamanı çoxlu sayda ölən və yaralanan var.
HƏMAS-ın verdiyi yazılı açıqlamada, İsrailin çox sayda insanın Xan Yunus şəhərində sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) tərkibindəki Muin məktəbini bombaladığı qeyd edilib. Qəzzanın cənubunda.
Açıqlamada İsrailin hücumundan sonra çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilib.
Şayəstə Hüseynova





