ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin HƏMAS-a qarşı müdafiə müharibəsini dəstəkləsə də, müharibəni dayandırmağa çağırıb.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, o, bu barədə İsrailin “İsrael Hayom” qəzetinə müsahibəsində bildirib.
Müsahibə onun “Mar-a-Lago” malikanəsində (Palm Beach, Florida) baş tutub. Onlar əsasən Qəzza zolağındakı müharibəni, Trampın tənqid etdiyi bu fonda ABŞ prezidenti Co Baydenin hərəkətlərini və siyasətçinin fikrincə, atılmalı olan növbəti addımları müzakirə ediblər.
“Siz müharibəyə son qoymalısınız. Buna son qoymaq lazımdır. Siz bunu etməlisiniz və mən əminəm ki, siz bunu edəcəksiniz. Biz sülhə nail olmalıyıq. Bunun davam etməsinə icazə verə bilmərik”, – deyə o, bildirib.
Trampın sözlərinə görə, İsrail çox diqqətli olmalıdır, çünki ölkə dünyanın əksər hissəsinin dəstəyini itirir.
“Sən dayanmalı, işləməli və sülhə doğru getməlisən. Siz İsrail və hər kəs üçün normal həyatı davam etdirməlisiniz”, – deyə keçmiş prezident əlavə edib.
Yeganə






