İsrail-Həmas qarşıdurması 17-ci gününə qədəm qoyub. İsrail mümkün quru əməliyyatından əvvəl Qəzzada hava əməliyyatlarını gücləndirib. Bir gecədə 400-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib. İsrailin müdafiə naziri Qəzzaya quru hücumunun aylar çəkə biləcəyini deyib.
Elchi.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadalarının 7 oktyabr səhəri “Əqsa tufanı” adı ilə İsrailə qarşı başlatdığı əməliyyatın ardından İsrailin Qəzzaya hücumları 17-ci gündür davam edir.
İsrailin müdafiə naziri Yoav Qalant Hərbi Hava Qüvvələri Əməliyyat Komandanlığının iclasında, “Qəzzada quru əməliyyatı orada son müharibə olmalıdır, çünki ondan sonra HƏMAS olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma Sonunda orada Həmas olmayacaq”-deyib.
İsrail ordusu mümkün quru əməliyyatından əvvəl Qəzzanı havadan bombardmanlarını gücləndirib.
İsrail təyyarələri Qəzzada Cəbəliyyə, Əl-Bureyc və Nusayrat qaçqın düşərgələrinə və Beyt Lahiya bölgəsində mülki əhalinin yaşadığı bir çox evə hava zərbələri endirib.
Hücumlar nəticəsində 400-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib.
Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-nın şəhərdəki tibbi mənbələrdən verdiyi məlumata görə, ölənlərin 70 faizi uşaqlar, qadınlar və qocalardır.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...





