İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının şimalında intensiv hərbi əməliyyatların mərhələsinin başa çatdığını açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qalantın sözlərinə görə, hərbi əməliyyatların başlanğıcında Müdafiə Nazirliyi vaxt çərçivəsini açıqlayıb və Qəzza zolağında intensiv döyüşlərin mərhələsinin təxminən üç ay davam edəcəyini açıqlayıb. Nazir bildirib ki, anklavın şimalında bu mərhələ başa çatıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəhbəri Qəzza zolağının cənubunda gərgin döyüşlərin tezliklə başa çatdığını da açıqlayıb.
Havar Şəfiyeva






