İsrail hakimiyyəti müsəlmanların müqəddəs Ramazan ayının sonuna qədər yəhudilərin və qeyri-müsəlman turistlərin Əl-Əqsa məscidi kompleksini ziyarət etmələrini qadağan edib. Elchi.az nu barədə “The Jerusalem Times” baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir.
Qərar son günlər Məbəd dağında vəziyyətin nisbətən sakit olmasına baxmayaraq qəbul edilib.
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qərarı tənqid edib. O, bunu sülh gətirməyəcək və vəziyyəti daha da gərginləşdirə biləcək ciddi səhv adlandırıb.
Havar Şəfiyeva




