İsrail Müdafiə Qüvvələri Telegram-da Qəzza zolağının dərinliklərində Fələstinin Həmas hərəkatı ilə şiddətli döyüşlər barədə məlumat verib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, İsrail ordusu ilə qruplaşma arasında toqquşmalara quru bölmələri rəhbərlik edir. Bundan əlavə, hərbçilər anklavın şimal hissəsində HƏMAS-ın forpostuna hücum edərək, tank əleyhinə raket qurğularını, müşahidə məntəqələrini məhv edib, çoxlu silah və sursat ələ keçirib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatın anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə keçdiyini bildirib. O qeyd edib ki, İsrail əsgərləri Livandan atışmaların davam etdiyi şimal sərhədlərində də yüksək hazırlıq vəziyyətindədirlər.
Havar Şəfiyeva






