İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 3 fələstinlini öldürüb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Nablusda İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinli həyatını itirib.
Həyatını itirənlərin şəxsiyyəti hələlik dəqiqləşdirilməyib.
Digər tərəfdən İsrail ordusu yazılı açıqlamada sözügedən 3 nəfərin bölgədəki İsrail qüvvələrinə bir avtomobildən atəş açdığını iddia edib.
Açıqlamaya görə, hücum edənlər İsrail əsgərlərinin atəşlə cavab verməsi nəticəsində öldürülüb, onların silah və hərbi texnikası ələ keçirilib.
İsrail əsgərləri arasında itki və yaralananların olmadığı açıqlanıb.
Şayəstə Hüseynova




