İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi basqın və hücumlarda 6-sı Tülkərim Qaçqınlar Düşərgəsində olan 7 fələstinli şəhid olub, çoxlu sayda fələstinli isə yaralanıb.
Elchi.az TRThaber-ə istinadən xəbər verir ki, İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqın və hücumlar həyata keçirib.
İsrail qüvvələri Tülkərim şəhərinə basqınlar zamanı pilotsuz uçuş aparatları (PUA) ilə Tulkerim Qaçqınlar Düşərgəsinə hücum edib.
Fələstin Səhiyyə Nazirliyi Tulkərimdə 6 fələstinlinin həyatını itirdiyini açıqlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, İsrail qüvvələrinin tibb qruplarının Tulkerim Qaçqınlar Düşərgəsinə girməsinə mane olduğu və yaralı bir şəxsi təcili yardım maşınında saxladığı bildirilib.
Qalkilyadakı Dərviş Nizal Dövlət Xəstəxanasındakı mənbələr Azun qəsəbəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində kürəyindən güllə yarası alan 30 yaşlı Əmir Əbdürrəhman Mecidin həyatını itirdiyini bildirib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA da İsrail əsgərlərinin Hebron şəhərində 2 fələstinlini nəzarətə götürdüyünü açıqlayıb.
İsrail əsgərləri Beytlehem yaxınlığındakı Dehişe Qaçqınlar Düşərgəsinə də basqın edərək bəzi fələstinliləri saxlayıblar. Daha sonra basqın və həbslərə reaksiya verən bölgə sakinləri ilə İsrail qüvvələri arasında qarşıdurma yaranıb.
Şayəstə Hüseynova






