İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində HƏMAS liderləri də daxil olmaqla ən azı 80 fələstinlini saxlayıb.
Elchi.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi İsrail qüvvələrinin İordan çayının qərb sahilində (Həmasdan olan) rəhbər işçilər də daxil olmaqla ən azı 80 fələstinlini saxladığını açıqlayıb.
Açıqlamada İordan çayının qərb sahilində oktyabrın 7-dən bu yana nəzarətə alınanların sayının 1350-yə yüksəldiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, oktyabrın 7-dən bəri İsrail həbsxanalarında olan fələstinli məhbusların sayı, mövcud məlumatlara görə, ən azı 50 qadın və 1600-dən çox “inzibati məhbus” olmaqla, təxminən 6600 nəfərə çatıb.
Fələstin Məhbuslar Dərnəyi oktyabrın 7-dən əvvəl verdiyi açıqlamalarda İsrail həbsxanalarında təxminən 5 min fələstinlinin olduğunu, onlardan 1200-dən çoxunun “inzibati məhbus” olduğunu bildirmişdi.
Şayəstə Hüseynova






