İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə silahlı pilotsuz uçuş aparatı (SİHA) ilə təşkil etdiyi basqında 5 fələstinlini yaralayıb.
Elchi.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, ordu qüvvələri Cenin Qaçqınlar Düşərgəsində “əməliyyat” həyata keçirib.
Açıqlamada hadisənin təfərrüatlarına yer verilməsə də, Fələstin səhiyyə mənbələri basqın zamanı 5 fələstinlinin canlı güllələrdən yaralandığını bildirib.
Şahidlərin sözlərinə görə, basqın zamanı Fələstin silahlı dəstələri ilə İsrail əsgərləri arasında toqquşma baş verib.
İsrail ordusunun düşərgəyə bir çox istiqamətdən basqın etdiyi, düşərgədə bir nöqtənin SİHA ilə bombalandığı bildirilərkən, İsrail qüvvələrinin düşərgədən geri çəkilməyə başladığı açıqlanıb.
İsrail ordusu və yəhudi mühacirlər tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində Fələstin şəhər və qəsəbələrinə artan hücumlar bölgədə gərginliyi artırır.
Şayəstə Hüseynova




