İşğal altındakı Şərqi Qüdsdə İsrail qüvvələrinin açdığı atəş nəticəsində bir fələstinli uşaq ağır yaralanıb.
Elchi.az xəbər verir ki, İsrail polisindən verilən yazılı açıqlamada, İsrail qüvvələrinin Şərqi Qüdsün Silvan məhəlləsində bir fələstinliyə molotof kokteyli atdığı iddiası ilə atəş açdığı bildirilib.
İsrail hərbçiləri tərəfindən vurulan şəxsin 15 yaşlı fələstinli oğlan olduğu, ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.
Nuranə Məmmədova




