İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Hebron şəhərində 4 fələstinlini nəzarətə götürüb.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail qüvvələri Hebron şəhərinin şimal-qərbində yerləşən Surif qəsəbəsinə basqın edib.
Basqın zamanı biri yaşlı olmaqla 4 fələstinli saxlanılıb.
Digər tərəfdən, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinə də basqın edib. Əsgərlər buradakı evi mühasirəyə alaraq içəridəkilərin təslim olmasını tələb ediblər.
Basqına reaksiya verən yerli fələstinlilərlə əsgərlər arasında qarşıdurma yaranıb.
Qəzza zolağında HƏMAS ilə əldə olunan müvəqqəti atəşkəs davam edərkən, İsrail İordan çayının qərb sahilində fələstinlilərə qarşı həbs və basqınlarını davam etdirir.
Fələstinli Əsirlər Dərnəyi dünən verdiyi açıqlamada müvəqqəti atəşkəsin davam etdiyi 4 gün ərzində İsrailin Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilinə basqınlarını artırdığını bildirib.
Qurum qeyd edib ki, oktyabrın 7-dən indiyədək 3260 nəfər saxlanılıb, onlardan 260-ı 4 gün ərzində baş verib.
Şayəstə Hüseynova






