İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin cənubunda müəllim və şagirdlərin 27 məktəbə getməsinə mane olub.
Elchi.az xəbər verir ki, Yatta Rayon Polis Şöbəsinin İctimaiyyətlə Əlaqələr Müdiri Cibril Debabese məsələ ilə bağlı açıqlama verib.
Debabese, “İsrail qüvvələri Hebronun cənubundakı kəndlərə və yaşayış məntəqələrinə bütün girişləri bağlayıb. Beləliklə, müəllim və şagirdlərin bu bölgələrdəki 27 məktəbə getməsinə mane oldular” dedi.
Girişlərin bağlı olduğu bölgələrdə təhsilin kəsildiyinə diqqət çəkən Debabese, İsrailin bu tətbiqinin məktəbə getmək və təhsil almaq hüququnu pozduğunu vurğulayıb.
Şahidlər İsrail ordusunun Hebronun cənubundakı bir çox şəhərə basqın etdiyini və kamera qeydlərini müsadirə etdiyini bildirib.
İşğal altındakı İordan çayının qərb sahili uzun müddətdir İsrail əsgərlərinin basqınlarına və yəhudi köçkünlərin hücumlarına şahid olub.
Şayəstə Hüseynova





