İsrailin işğal etdiyi İordan çayının qərb sahilindən Şərqi Qüdsə giriş-çıxışları bağladığı bildirilib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail İordan çayının qərb sahilindən Şərqi Qüdsə gedən bütün hərbi keçid məntəqələrini bağlayıb.
Qüdsə bütün giriş-çıxışların bağlandığı, vətəndaşların keçid məntəqələrində gözlədiyi, Qüdsə giriş yollarında tıxacın olduğu bildirilib.
İsrailin də işğal altındakı İordan çayının qərb sahilinin bəzi hissələrinə giriş yollarını bağladığı bildirilib.
Şayəstə Hüseynova




