İsrail və ABŞ İrana qarşı səylərini gücləndirəcək ki, Tehranın nüvə silahı və onu çatdırmaq üçün vasitələri olmasın.
Elchi.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi İsrailə rəsmi səfərə gəlib.
“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ümumi siyasətlər hazırlamaq və bu təhlükənin qarşısını almaq üçün birgə işləmək haqqında gözəl söhbətimiz oldu. Bizim siyasətimiz və mənim siyasətim ondan ibarətdir ki, İsrail İranın nüvə silahı əldə etməsi ehtimalının qarşısını almaq üçün əlindən gələni etməlidir”, – Netanyahu bildirib.
Netanyahu həmçinin ərəb ölkələri ilə münasibətlərin nizamlanmasında böyük irəliləyişə nail olacağına ümid etdiyini deyib.
Yeganə






