ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ABŞ prezidenti Co Bayden administrasiyasının İrana məxsus 6 milyard dollarlıq aktivin dondurulması qərarının nəticəsidir.
Elchi.az bu barədə CNN.com-a istinadən xəbər verir.
“Bu müharibə ABŞ-ın 6 milyard dolları dondurması səbəbindən baş verdi”,-deyə Tramp Ayova ştatında tərəfdarlarına deyib.
Keçmiş prezidentin qeyd etdiyi vəsaitlər Vaşinqton və Tehran arasında amerikalı məhbusların azad edilməsi ilə bağlı son razılaşmanın bir hissəsi kimi dondurulub.
Trampın sözlərinə görə, hazırkı şəraitdə ABŞ və İsrailin xüsusilə sıx əməkdaşlığa və liderliyə ehtiyacı var, onun iddiasına görə, Tramp bunu təmin etməyə hazırdır. “Güclü liderlərin olmadığı halda, nə qədər tankınızın olmasının əhəmiyyəti yoxdur”,-deyə Tramp qeyd edib.
Yeganə




