İsrail və radikal Fələstinin Həmas qruplaşması arasında 4 günlük humanitar atəşkəs səhər saat 7-də qüvvəyə minib. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ehtimal olunur ki, HƏMAS silahlıları tərəfindən əsir götürülmüş israillilərin birinci qrupunun azad edilməsi müqabilində yaxın vaxtlarda bir neçə fələstinli İsrail həbsxanalarından azad olunacaq.
“CNN” daha əvvəl bildirib ki, İsrail Fələstinin Həmas hərəkatı ilə razılaşmanın bir hissəsi olaraq 39 fələstinli məhbusu cümə günü, noyabrın 24-də azad edəcək.
Bu arada İsrail dörd günlük humanitar atəşkəsin başa çatmasından dərhal sonra Qəzzada quru əməliyyatının davam edəcəyini bildirib. Ölkə anklavda hərbi problemləri həll etməyə davam edəcək və Fələstin hərəkatının potensialı məhv edilənə qədər dayanmayacaq.
Havar Şəfiyeva






