"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsrail XİN başçısı: “Heç vaxt terrora təslim olmayacağıq”

28 Mart 2022 - 16:07
in ÖNƏMLİ

“İsrail güclü ölkədir və heç vaxt terrora təslim olmayacaq”.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid ABŞ, Bəhreyn, Mərakeş, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) XİN başçıları ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Terrorçuların məqsədi bizi qorxutmaq, əlaqələrimizin yaranmasının qarşısını almaq, bölməkdir. Biz buna icazə verməyəcəyik, onlar uğursuzluğa uğrayırlar. Onlara icazə verməyəcəyik ki, bizim siyasətimizə diktə etsinlər. İsrail güclü ölkədir və heç vaxt terrora təslim olmayacaq. Biz sülh yoluna davam edəcəyik və mən bu məsələdə tək deyiləm, bu gün bu görüşdə iştirak edən nazirlər də bu fikri bölüşür.

Biz bu gün burda tarix yazırıq. Bizim əməkdaşlığımız müxtəlif sahələri əhatə edərək dərinləşəcək. Bizim güclənən münasibətlərimiz İranı və onun havadarlıq etdiyi qüvvələri narahat edir”.

İsrail XİN başçısı bildirib ki, Negev Sammitinin daimi keçirilməsi barədə razılıq əldə olunub.

“Biz bu gün dostlarımız və ABŞ kimi tərəfdaşlarımızla birlikdə regionun bütün xalqları, həmçinin fələstinlilər üçün bir qapı açır və terroru, düşmənçiliyi əməkdaşlıq və uğurla əvəz etməyi təklif edirik”, – Yair Lapid vurğulayıb.

Mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, bir neçə il əvvəl belə bir görüşü təsəvvür etmək qeyri-mümkün idi.

O deyib ki, İsrail və region ölkələri arasında əlaqələr inkişaf edir, qarşılıqlı səfərlər baş tutur, xalqlar bir-birini tanımağa cəhd edir: “ABŞ bu regionu dəyişən prosesi dəstəkləyib və dəstəkləməyə davam edəcək”.

Blinken deyib ki, dərinləşən əlaqələr Fələstin və İsrail münaqişəsinə “iki dövlət” həll yolu istiqamətində mühit yaradılmasına töhfə verə bilər: “Dostlar və tərəfdaşlar olaraq biz İran və onun havadarlıq etdiyi qüvvələr də daxil olmaqla ortaq təhdidlərə qarşı birgə işləməliyik”.

Bəhreyn Krallığının xarici işlər naziri deyib ki, münasibətlərin güclənməsi regional inkişaf, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün imkanlar vəd edir: “Biz dayanıqlı əlaqələr, qarşılıqlı, səmimi asılılıq yaratmalıyıq. Biz regiona göstərməliyik ki, birgə işləyərək nələrə nail ola bilərik. Biz bütün sahələrdə əməkdaşlıq üçün böyük imkanlar görürük. Bu forum qarşılıqlı əlaqələr və çoxtərəfli əməkdaşlıq üçün imkanlar təqdim edir”.

Misirin xarici işlər naziri çıxışında İsrail-Fələstin münasibətlərinə toxunub. O deyib ki, Misir “iki dövlət” həll yolunu dəstəkləyir və ötən illər ərzində bu münaqişənin sona çatması üçün çalışıb: “”Biz terrorizm və ekstremizmlə mübarizə aparmalı, kənar qüvvələrin regiona müdaxiləsinə imkan verməməliyik. Mövcud münasibətləri dərinləşdirməkdə maraqlıyıq, bu həm regional, həm də qlobal səviyyədə səmərə verəcək.”

Mərakeşin xarici işlər naziri ölkəsi ilə İsrail arasında münasibətlərə toxunub: “Bizim mesajımız odur ki, sülhə, sülh içində birgə yaşayışa inanırıq. Regionda müsbət dinamika, xalqlarımız arasında münasibətlərlə bağlı fərqli narrattiv yaratmaq üçün buradayıq. Bu müsbət dinamika xalqlar tərəfindən hiss edilməli, yeni üfüqlər açılmalıdır. Biz inanırıq ki, sülh mümkündür”.

BƏƏ-nin xarici işlər naziri isə çıxışında deyib ki, İsrail və BƏƏ terrorla mübarizədə həmrəydir: “Əlaqələr üçün böyük potensial var, hamı bunu bilir. Biz imkanlardan istifadə etmək istəyirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qafqaz Qartalı” təlimində iştirak edəcək xüsusi təyinatlılar peyvənd olunacaq

Next Post

Xəzərdə qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Xəzərdə qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Xəzərdə qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Doha Forumunda azad olunmuş ərazilərdə bərpa prosesi barədə məlumat verilib

Doha Forumunda azad olunmuş ərazilərdə bərpa prosesi barədə məlumat verilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.