
İsrail alimləri tərkibində radioaktiv maddələr olan “çirkli bombalar” yaradıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Haaretz” qəzeti yayıb.
Qəzetin məlumatına görə, alimlər bu tip bombaların sınağını da keçirib. Partlayan bombalarda radiasiya daha çox partlayışın mərkəzində qeydə alınır. Bundan sonra radiasiya külək vasitəsilə az miqdarda ətrafa yayılır. Yaradılan yeni bomba daha çox psixoloji təsir imkanına sahibdir. Qəzet İsrailin indiyə qədər bu tip bombanı 20 dəfə sınaqdan çıxardığını bildirib.
Qeyd edək ki, “çirkli bomba”lar radioaktvi silahların ən sadəsidir. Bu tip silahlar ilk dəfə SSRİ-də yaradılıb (P-2, Generator, Gerani bombaları və sairə – red.). Hazırda dünyanın ən güclü ordularında bu tip bombalar var. Müəyyən terror təşkilatları indiki dövrdə “çirkli bombalar”dan istifadə edir. Lakin Fələstin silahlıları indiyə qədər heç bir zaman İsraildə bu tip bombalardan istifadə etməyib.



