İsrail Qəzzanın Xan Yunus şəhərinə və Deyr əl-Belahdakı Nuseyrat Qaçqın Düşərgəsinə hücum etdi: Hücumlarda ən azı 50 nəfər həyatını itirdi.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrailin yenidən mülki insanları hədəf aldığını açıqlayıb.
İsrail döyüş təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda ən azı 40 nəfər həyatını itirib.
İsrail ordusunun Deyr əl-Bələh şəhərindəki Nuseyrat Qaçqınlar Düşərgəsini də bombalaması nəticəsində 10 nəfər həlak olub.
Şayəstə Hüseynova






