İordan çayının qərb sahilində silahlı hücum baş verib.
Elchi.az xəbər verir ki, cümə günü, aprelin 7-də İordan çayının qərb sahilində Həmra qəsəbəsi yaxınlığında silahlı hücum baş verib. “The Jerusalem Post” xəbər verir ki, nəticədə iki qadın ölüb, daha biri yaralanıb.
Nəşrin yazdığına görə, əvvəlcə hadisə qəza kimi qiymətləndirilsə də, sonradan avtomobildə olan insanlarda güllə yaraları aşkarlanıb.
Nəticədə iki qadın yerindəcə ölüb, həkimlər üçüncünün həyatı üçün mübarizəni davam etdirir. İsrail hərbçiləri ətrafda axtarış aparır.
Şayəstə





