İsraildə törədilən terror aktında ölənlərdən ikisi ukraynalıdır.
Elchi.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
Polis Bney Brak terrorunda adı açıqlanmayan iki qurbanın Ukraynadan olan 23 yaşlı Dmitri və 32 yaşlı Aleksandr adlı işçilər olduğunu bildirib.
Onlar Bialik küçəsindəki ərzaq mağazasında öldürülüblər. Polisdən bildirilib ki, həmin şəxslər mağazanın girişində oturarkən 26 yaşlı Diaa Hamarşeh onlara atəş açıb. Onların kimliyi ilə bağlı əlavə məlumat verilməyib və nə qədər müddətdir İsraildə olduqları məlum deyil.
Digər üç qurban isə polis məmuru 32 yaşlı Amir Khoury, 36 yaşlı Yaakov Şalom və 29 yaşlı Avişay Yehezkeldir.






