Qəzzada dinc əhaliyə qarşı yüz gündən çox davam edən qırğınlardan sonra İsrail Ordusu geri çəkilmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, İsrail ordusu radiosundan verilən açıqlamada Qəzza zolağında 3 diviziyanın “müharibəni” davam etdirəcəyi, 36-cı diviziyanın da geri çəkiləcəyi bildirilib.
İsrail ordusu dekabrın 31-də verdiyi bəyanatda 551-ci ehtiyat briqadası, 14-cü briqada və üç təlim briqadasını Qəzza zolağından çıxaracağını açıqlayıb.
İsraildə yerləşən “Walla” xəbər saytı və Kanal 12 televiziyası dekabrın 21-də Colani Briqadasının qoşunlarının ağır itki verdikdən sonra istirahət etmək üçün Qəzza zolağından geri çəkildiyini açıqlayıb.
Bundan əlavə, İsrailin rəsmi televiziyası KAN-ın yanvarın 4-də yaydığı xəbərdə ordunun Qəzza zolağının bəzi bölgələrində daha kiçik hərbi qüvvələrlə müharibənin üçüncü mərhələsinə daxil olduğu bildirilib.
Lakin İsrail ordusu üçüncü mərhələyə keçidlə bağlı rəsmi açıqlama verməyib.
Nuranə Məmmədova






