İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində çoxlu fələstinli həyatını itirib. Hücumlarda çoxlu sayda insan yaralanıb.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail təyyarələrinin Qəzza zolağının mərkəzi və Rəfah şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb.
İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində Şitayvi və Təhravi ailələrinin evlərini bombalaması nəticəsində 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İsrailin Qəzzanın mərkəzindəki Səhabə Tibb Kompleksi ətrafında Həmmad və Ataallah ailələrinə məxsus yaşayış evlərini bombalaması nəticəsində çoxlu sayda insan həyatını itirib və yaralanıb. Bombalanan evlərə yaxın ərazidə İsrail ordusuna məxsus tankların olması səbəbindən dağıntılar altında qalan ölü və yaralılara çatmaq mümkün deyil.
Şayəstə Hüseynova






