İsrailin Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Suriyanın SANA xəbər agentliyi hərbi mənbəyə əsaslanaraq, yerli vaxtla saat 01:05-də Dəməşqin cənub-qərbindəki bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumları ilə hədəf alındığını iddia edib.
Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.
Məlumdur ki, Dəməşq və onun kənd ərazilərində Livan Hizbullahının ünsürləri, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qrupları mövcuddur.
2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.
Nuranə Məmmədova




