İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi hərbi nöqtələrə hava hücumu təşkil etdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərdə Dəməşq ətrafındakı bəzi hərbi nöqtələrin yerli vaxtla saat 00:25-də Colan təpələrindən İsrail qüvvələri tərəfindən hava hücumu ilə hədəf alındığı iddia edilib.
“Bizim hava hücumundan müdafiə sistemlərimiz düşmənin raketlərinə qarşı çıxıb və onların əksəriyyətini vurub. İki əsgər yüngül yaralanıb”, – məlumatda deyilir. ifadələrdən istifadə edilmişdir.
Məlumdur ki, Dəməşqin ətrafında Livan Hizbullahının ünsürləri ilə yanaşı, Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplaşmalar da var.
İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada zaman-zaman İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.
Şayəstə Hüseynova




