Fələstinli islam qruplaşmasının Qəzza zolağından girov götürdüyü insanların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında razılaşma iki mərhələdən ibarət olacaq və həm də on günə məhdudlaşacaq. Elchi.az xəbər verir ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün vaxt çərçivəsi barədə İsrail hökumətinin təqdim etdiyi sənədə istinadən “The Times of Israel” məlumat yayıb.
Qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilə yalnız ümumi sayı 50 nəfər olan birinci qrup girovların azad edilərək təhvil verildiyi andan etibarlı sayılacaq. Öz növbəsində, İsrail birinci mərhələ çərçivəsində 150 nəfəri, ikinci mərhələdə isə daha 150 məhbusu azad etməyi öhdəsinə götürüb. Qeyd olunur ki, daha 50 nəfər Fələstin əsirliyindən azad olunsun. Eyni zamanda, hər bir israilli girov qrupu üçün atəşkəs 24 saat uzadılacaq.
Bundan əvvəl HƏMAS-ın sözçüsü Musa Əbu Mərzuq bildirib ki, Qəzza zolağında atəşkəs noyabrın 23-də səhər saat onda başlayacaq. Bu açıqlama İsrailin HƏMAS ilə hərbi əməliyyatların dörd günlük dayandırılması barədə razılığa gəlməsindən sonra verilib.
Havar Şəfiyeva






