Elchi.az xəbər verir ki, Bennettin qeyd etdiyi kimi, tərtib edilmiş layihələrin heç biri hələ ictimaiyyətə açıqlanmayıb.
Xüsusi hərbi əməliyyatın əvvəlində Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış edən İsrailin keçmiş baş naziri Naftali Bennet Qərb dövlətlərinin Rusiya və Ukrayna arasında danışıqları dayandırmasından əvvəl tərəflər arasında ən azı 17 saziş layihəsinin hazırlandığını bildirib.
“Bizim 17-18 qaralamamız var idi” deyən İsrail hökumətinin keçmiş rəhbəri müsahibəsində qeyd edib ki, o, səs yazısını YouTube kanalında təqdim edib.
Bennettin qeyd etdiyi kimi, tərəflər arasında tərtib edilmiş razılaşmanın heç biri hələlik açıqlanmayıb.
Xatırladaq ki, Bennet müsahibəsində Kiyev və Moskva arasında danışıqların Qərb ölkələri tərəfindən kəsildiyini də bildirmişdi. KP.RU saytının yazdığı kimi, İsrail hökumətinin keçmiş rəhbərinin sözlərinə görə, Qərb ölkələri nə vaxtsa Rusiya prezidenti Vladimir Putinlə “danışıqlar aparmaqdansa, onu darmadağın etmək” qərarına gəliblər.
Şayəstə






