İsrailin Qəzzaya hücumlarına rəhbərlik edən şəxslərdən olan keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun oğlunun Cibaliyedə tunelin girişində bombanın partlaması nəticəsində həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, quru əməliyyatını bütün Qəzzanı əhatə edəcək şəkildə genişləndirən İsrail ordusunun verdiyi itkilər də artır.
Nəhayət, müharibəyə rəhbərlik edən şəxslərdən olan ölkənin keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun oğlunun Qəzzanın şimalında bomba partlaması nəticəsində öldüyü xəbəri gəldi.
Qəzzada baş verən qarşıdurmalarda 89 İsrail əsgəri həlak olub. Ordudan dünən verilən açıqlamada İsrailin keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun oğlunun da Qəzzanın şimalında öldüyü qeyd edilib.
Eisenkot Oktyabrın 7-də HƏMAS-ın basqınından sonra yaradılmış hərbi kabinetin hazırkı üzvüdür. Yəni müharibəyə rəhbərlik edən adlardan biridir. Bildirilib ki, nazirin 25 yaşlı oğlu Meir Cibaliyedə tunelin girişində bombanın partlaması nəticəsində ölüb.
Şayəstə Hüseynova






