İstanbul Hava Limanı gündəlik uçuş ortalaması ilə Avropanın ən işlək hava limanı oldu.
Elchi.az xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsinin (SHGM) sosial media hesabından edilən açıqlamada, İstanbul Hava Limanının 18-24 Noyabr tarixləri arasında gündəlik orta hesabla 1220 uçuşla Avropanın ən işlək hava limanı olduğu bildirilib.
Açıqlamada, “EUROCONTROL tərəfindən nəşr olunan 18-24 Noyabr 2022-ci il dövrü üçün Hərtərəfli Qiymətləndirmə Hesabatına əsasən, İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı oldu.” ifadəsindən istifadə edilmişdir.
Məlumata görə, ikinci yerdə gündəlik orta hesabla 1143 reyslə London Hitrou hava limanı, üçüncü yerdə isə 1106 reyslə Paris Şarl de Qoll hava limanı qərarlaşıb.
Şayəstə




