Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.
NTV xəbər verir ki, yanğın Tuzlada boya istehsal edən müəssisədə qeydə alınıb.
Yanğın bir neçə güclü partlayışla müşayiət olunub.
Yanğınsöndürənlər alovu nəzarət altına ala bilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində 7 nəfər yaralanıb, 3 nəfərin aqibəti məlum deyil.
Yanğının səbəbi hələlik məlum deyil.






