"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İstanbulda “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının koordinatorlarının toplantısı keçirilib – FOTO

11 Oktyabr 2014 - 11:27
in CƏMİYYƏT, FLƏŞ
Oktyabrın 10-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun İstanbulda keçirilən II Baş Assambleyası143cda15c6d275aac06dfe91fef9d0d1 çərçivəsində forumunun mədəniyyətlərarsı dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının növbəti təqdimat mərasimi və milli koordinatorlarının toplantısı keçirilib.

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

APA-nın xəbərinə görə, “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının Baş Assambleyada iştirak edən müxtəlif ölkələrdən gəlmiş milli koordinatorlarının iştirakı ilə Baş Assambleya iştirakçıları və İƏT-in müxtəlif üzv ölkələrini təmsil edən təşkilatların üzvləri üçün kampaniya haqqında geniş təqdimat mərasimi təşkil olunub.

 

Mərasimdə ilk olaraq “Xocalıya Ədalət” kampaniyası haqda informativ film nümayiş olunub, filmdən sonra keçən illər ərzində kampaniyanın fəaliyyətlərini əks etdirən geniş təqdimat keçirilib. Təqdimat zamanı İƏT Gənclər Forumunun beynəlxalq ədalətə çağırış layihələri, bu layihələrin dünyada müsəlmanlara qarşı baş vermiş, insanlığa zidd cinayətlər haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması, hüquqi qiymət verilməsi sahəsində əhəmiyyətindən danışılıb, “Xocalıya Ədalət” kampaniyası zamanı əldə edilən uğurların bu baxımdan önəm daşıdığı vuğulanıb.

 

Tədbirdə çıxış edən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının  koordinatorları öz ölkələrində bu kampaniya çərçivəsində həyata keçirdikləri işlərdən, təcrübələrindən bəhs edərək kampaniyanın islam həmrəyliyi baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Daha sonra “Xocalıya Ədalət” kampaniyasının milli koordinatorları Baş Assambleyada iştirak edən nümayəndə heyətlərinə müraciət edərək kampaniyaya qoşulmağa və öz ölkələrində bu kampaniya çərçivəsində Xocalı qətliamı haqda məlumatların daha geniş çatdırılması və hüquqi qiymət verilməsi istiqamətində birgə fəaliyyət göstərilməsinə çağırıblar.

 

İştirakçılar bu çağırışa müsbət yanaşaraq hər biri öz ölkəsində “Xocalıya Ədalət” kampaniyasının milli koordinatorluqlarının yaradılması və fəaliyyətlərinin əlaqələndirməsi haqda ümumi qərar qəbul ediblər. Kampaniyanın işinin daha uğurlu təşkili məqsədilə əlaqələndirmə işinin qurulması ilə bağlı qısa seminar da keçirilib.

 

Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Şuşanın işğalı günü – 8 may 2008-ci ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində  uğurla həyata keçirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Elə bilirsiniz kefimizdən Rusiyanı vasitəçi kimi qəbul etmişik?”

Next Post

Rusiyanın Müdafiə naziri Bakıya gəlir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Rusiyanın Müdafiə naziri Bakıya gəlir

Məşhur narkobaron həbs olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.