"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“”İstiqlal”çı Abbasova yerini göstərməyin vaxtı çatıb”

22 Fevral 2015 - 09:05
in CƏMİYYƏT MANŞET

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

“Erməni də bizi bazar alverçisi kimi təqdim edir, Abbas Abbasov da”41110_res_01
“Əkrəm Əylisli xalq yazıçısı adından məhrum edildiyi kimi, bu adamın da əlindən “İstiqlal” ordenini almaq lazımdır”
Abbas Abbasovun Moskvada azərbaycanlıları aşağılamaqdan çəkinməyərək onları bazar alverçisi kimi təqdim etməsi Azərbaycanda haqlı olaraq hiddətlə qarşılanıb.
Xatırladaq ki,vaxtilə bir sıra tanınmış şəxslər, o cümlədən Eldar Sabiroğlu da Abbas Abbasova tutduğu mövqeyə görə sərt reaksiya vermişdi. Son günlər Abbas Abbasobun xalqımızı aşağılayan və geniş müzakirəyə səbəb olan məsuliyyətsiz bəyanatı da sabiq millət vəkili tərəfindən hiddətlə qarşılanıb.
Bu barədə Moderator.az-a danışan Eldar Sabiroğlunun fikirlərini diqqətinizə çatdırırıq:
“Onun barəsində öz fikrimi əvvəllər bildirmişəm. Abbas Abbasovun fəaliyyəti tamamilə Azərbaycanın əleyhinə yönəlib. O, Rusiyada yaşayan azərbaycanlıları birləşdirmək əvəzinə, öz şəxsi maraqlarına və mərkəzdən aldığı təlimatlara əsasən, millətimizi parçalamaq yolunu tutdu. Unutmayaq ki, “parçala və hökm sür” şüarı Moskvanın siyasətində hələ də pas atmayıb, əksinə, daha itilənmiş yırtıcı forma alıb. Mən Rusiya ilə Azərbaycanın kəllə-kəlləyə gəlməsinin tərəfdarı deyiləm, iqtidarımızın da bu istiqamətdə apardığı siyasətin doğru olduğu qənaətindəyəm. Ancaq A.Abbasovu ruhlandıran amilləri də diqqətdən kənarda qoymaq olmaz. “İstiqlal”çı Abbasova yerini göstərməyin vaxtı çatıb. Moskva onu xüsusi qoruyur. Ola bilsin səhv edirəm, lakin siyasi hadisələrin gedişi onu göstərir ki, ənənəsinə sadiq qalan Kreml həmyerlimizi heç də öz qoynunda təsadüfi saxlamır. Moskva belə bir xoş münasibəti vaxtilə Vəzirova və Mütəllibova da göstərib. Ümimiyyətlə, Rusiya heç vaxt Azərbaycana münasibətdə səmimi olmayıb, bundan sonra da ondan səmimi münasibət gözləmək sadəlövhlükdür. Torpaqlarımızı işğal edib ermənilərə təhvil verən və düşmənimizi bugünədək müasir silahlarla silahlandıran Rusiya deyilmi? Qafqazlarda bu siyasət 250 ildir ki, Rusiya tərəfindən heç bir hədd və çərçivə gözləmədən həyata keçirilir…
Azərbaycanda bütün iqtidarlarla dil tapan Abbasov “İstiqlal” ordenilə təqaüdə göndərilsə də, böyük həvəslə Rusiyanı özünə Vətən seçdiyini bəyan edir. İndi bu “istiqlalçı” Moskvada oturub Azərbaycanın əleyhinə iş aparmaqla məşquldur. Təsəvvür edin, Moskvaya bağlılığı onun düşüncə və milli hissiyyatına artıq nə dərəcədə üstün gəlib ki, xalqımızı açıqdan-açığa təhqir edir, onu bazar alverçisi kimi göstərir. Hətta bir az da irəli gedərək bu alverin qandan gəldiyini söyləyir. Bu qədərdən sonra ona güzəştə getməkmi olar?
Əkrəm Əylislidən onun nə əskikliyi var? Biri roman yazaraq xalqımızı aşağıladı, biri də ermənipərəst saytda millətimizi yerdən-yerə vurdu. Erməni də bizi bazar alverçisi kimi təqdim edir, Abbas Abbasov da. O  zaman onun düşmənlə heç bir fərqi yoxdur. Allah bilir hələ bizim bilmədiyimiz və səsi qapalı kabinetlərdə qalan gizli görüşlərdə nələr danışır. Adama ən dəhşətli gələn odur ki, milli birliyimizə zərbə vuran bu adamın Azərbaycanın özündə də, az da olsa, tərəfdarı var. Mən bunu öz şəxsimdə hiss etdim. Vaxtilə Abbas Abbasovu tənqid etdiyimə görə bəzi adamlar heç bir həya-abır gözləmədən bildirdilər ki, sənin nəyinə lazımdır, özləri bilər! Bax, dəhşət burasıdır və buna təəssüf edirəm. Əkrəm Əylisli xalq yazıçısı adından məhrum edildiyi kimi, bu adamın da əlindən “İstiqlal” ordenini almaq lazımdır…”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mebel fabriki yandı

Next Post

14-cü “zon”dan yeni həyacanlı xəbərlər

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

14-cü “zon”dan yeni həyacanlı xəbərlər

Güclü qar Leriki iflic edib (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.