Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər ölüb, 8 nəfər xəsarət alıb.





