“Xanlar” istirahət mərkəzinin ərazisində intihar hadisəsinin baş verməsi ilə bağlı cinayət işi başlanıb.
Bildirilir ki, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, sağlığında R.Mahmudovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.