Yapon pikap istehsalçısı “İsuzu”, istehsalını davam etdirə bilmədiyi Ukraynadakı hücumlardan sonra Rusiya bazarını tərk edib.
Elchi.az xəbər verir ki, Rəsmi Kyodo agentliyinin bazar mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, pikap istehsalçısı “İsuzu” Rusiya bazarı üçün son qərarını verib.
Müvafiq olaraq, “İsuzu” 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumlarından sonra hissələrin tədarükü problemi səbəbindən dayandırdığı istehsalı yenidən başlada bilməyib.
“İsuzu”, istehsalın kəsilməsi, hissələrin tədarükü problemi, maliyyə itkisi və Rusiya bazarından çəkilmə kimi faktorlar qarşısında istehsalı davam etdirməyəcəyini açıqlayıb.
Nuranə Məmmədova





