İsveç Ədliyyə Nazirliyinin nümayəndə heyəti oktyabrın 5-6-da Türkiyəyə səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ jurnalistlərə açıqlamasında deyib.
“İsveçin nümayəndə heyətinin səfər zamanı NATO-ya üzvlüklə bağlı memorandum çərçivəsində ekstradisiya barəsində danışıqlar da aparılacaq. Biz İsveçlə Finlandiyanın FETÖ və PKK üzvlərini Türkiyəyə təhvil verəcəyini gözləyirik”, – Bozdağ bildirib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




