“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışların arxasında çox güman ki, dövlət tərəfindən dəstəklənən bir qrup var. İnsidentin bu versiyasını boru kəmərinin təxribatını araşdıran İsveç rayon prokuroru Mats Jungkvist açıqlayıb
Elchi.az Reutersa istinadən xəbər verir.
Hüquq-mühafizə orqanı əməkdaşı bildirib ki, bu ssenari ən barizdir. Eyni zamanda o, müstəqil qruplaşmanın hücumları təşkil edə biləcəyini etiraf edib. Junqvist həmçinin əlavə edib ki, qaz kəmərlərini məhv etmək üçün istifadə edilən partlayıcının növü çox sayda iştirakçının olmasını istisna edir.
Havar Şəfiyeva





