İsveç məktəblərdə kompüterləri bir kənara qoyub kitablara qayıtmağı planlaşdırır. Səbəb isə şagirdlərin savadlılıq bacarıqlarının azalmasıdır.
Elchi.az xəbər verir ki, İsveçin gündəliyi rəqəmsal lövhə, ekran, elektron cihazlarla vidalaşmaq və ənənəvi təhsil vasitələrinə qayıtmaqdır.
İsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Şagirdlərə hekayələri dəftərə yazmaq əvəzinə planşetdə qeydlər aparmağı öyrədiblər.
Məqsəd texnoloji imkanlar sayəsində öyrənmə müddətini qısaltmaq və beyni sürətə alışdırmaq idi.
Lakin zaman keçdikcə savadlılıq bacarıqlarının azalması müşahidə edilib. Hazır məlumatdan asılılıq artıb, tədqiqata həvəs azalıb.
Uşaqların fikirlərini ifadə etmək qabiliyyəti zəiflədi, mütaliə azalmağa başladı.Hökumət bunu milli problem hesab edir.
Bildirilib ki, savadlılıq qabiliyyətinin azalması informasiyaya çıxışı və şəxsiyyətlərarası ünsiyyəti məhdudlaşdıra bilər.
İsveç Təhsil Naziri Lotta Edholm və Mədəniyyət Naziri Parisa Liljestrand kitablara qayıtmağı planlaşdırdıqlarını açıqlayıb. İki nazir təhsildə kompüter və planşetlərdən imtina edilə biləcəyini ifadə edib.
Şayəstə Hüseynova






