ABŞ-ın Türkiyəyə təzyiq göstərmək istəməməsi İsveçi məyus edib.
Elchi.az xəbər verir ki, Alyansın Vilnüsdə keçiriləcək sammiti ərəfəsində ABŞ-ın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Skandinaviya ölkəsini NATO-ya daxil etmək üçün daha güclü təzyiq göstərmək istəməməsi İsveçi dərin məyus edir, bu barədə Financial Times xəbər verir.
Nəşrin məlumatına görə, alyansın digər üzvləri Türkiyə liderini İsveçin alyansa üzvlüyünü dəstəkləməyə inandırmağa çalışır, bunun şimal regionunda və Baltikyanı regionda təhlükəsizliyin təmin edilməsinin “həyati əhəmiyyəti” olduğunu təkid edir.
Ötən il İsveç və Finlandiya eyni vaxtda NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. 2023-cü il aprelin əvvəlində Finlandiya rəsmi olaraq alyansa üzv oldu, Türkiyə və Macarıstan isə İsveçin bloka daxil olmasına mane olur.
Şayəstə Hüseynova




