İsveç Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsveç bizə bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək, bundan sonra biz protokolu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək”, – Ərdoğan qeyd edib.





